Bakıda dostların içki məclisində dava düşüb, 1 nəfər yaralanıb
29.05.2017 657 0.0 0

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən insident baş verib.

Məlumata görə, hadisə Hövsan qəsəbəsi, 1416 ünvanında yerləşən kafedə qeydə alınıb.

1976-cı il təvəllüdlü Şahbazov Aydın Xanoğlan oğlu dostu ilə yeyib-içdikdən sonra aralarında anlaşılmazlıq səbəbindən mübahisə düşüb. Bu zaman dostu içki şüşəsini A.Şahbazovun baş nahiyəsinə vurub. O, açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar