Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirilib
07.01.2022 314 0.0 0

93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Qazeta.info Bakı Nəqliyyat Agintliyinin məlumatına istinadla bildirir ki, sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Belə ki, dəyişikliyə əsasən, 8 yanvar 2022-ci il tarixindən 93 nömrəli müntəzəm marşrut xəttinin  (“Dərnəgül” metrostansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar