Bakıda daha bir ictimai nəqliyyatın hərəkət istiqaməti dəyişilir
12.10.2015 514 0.0 0

Paytaxt Bakıda növbəti dəfə şəhərdaxili ictimai nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mətbuat xidmətindən  daxil olan məlumata görə, 63 saylı marşrut avtobusunun hərəkət istiqaməti qismən məhdudlaşdırılacaq. 

“Sərnişinlərin diqqətinə!
Sərnişindaşıma sahəsində optimallaşdırılma işləri davam etdirilir. Belə ki, 12 oktyabr 2015-ci il tarixindən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib. Belə ki, əvvəllər Oksford məktəbi- Elmlər Akademiyası m/s – Bakıxanov küç. – Həsən Əliyev küç. – Gənclik (5 saylı xəstəxana) – Ağa Nemətulla küç. – F. Xoyski küç. – Montin bazarı istiqamətində hərəkət edən avtobus, bu gündən etibarən Oksford məktəbin qarşısından Gənclik m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcəkdir.” – deyə NİİM mətbuat xidmətinin açıqlamasında bildirilir. 


Sərnişindaşımanın optimallaşdırılması istiqamətində paytaxta gətirilən "Bakubus"lar

Bakıda Birinci Avropa oyunlarının keçirildiyi vaxt paytaxt daxilində və şəhərətrafı istiqamətdə fəaliyyət göstərən bəzi marşrutların hərəkəti qismən və ya tamamilə məhdudlaşdırılmışdı. Bəzi marşrutların hərəkət istiqamətində isə dəyişiklik olmuşdu. Bundan sonra Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sərnişindaşıma sahəsində optimallaşdırılma işlərinə başlayıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar