Bakıda daha 6 tələbə qız zəhərlənib
26.11.2019 106 0.0 0

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: "Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib".

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir./Trend/


Digər xəbərlər:
Şərhlər
avatar