Bakıda dərsdə səs salan şagirdi müəllimin oğlu döyüb xəstəxanalıq etdi
20.09.2016 473 0.0 0

Qaradağ rayonunun Ələt qəsəbəsində məktəbli uşaq döyülüb.

Qazeta.info bildirir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından "Report"a verilən məlumata görə, 16 yaşlı Muradov Mustafa Fazil oğlu kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, 127 saylı məktəbin şagirdi Mustafa Muradovu müəlliminin oğlu döyüb. Hadisə Mustafanın müəllimin dərsində nadinclik etməsi üstündə baş verib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar