Bakıda dəniz kənərından tapılan körpəni anası öldürübmüş
21.04.2015 630 0.0 0
Ana 2 yaşlı qızını boğaraq dənizə atıb

 

Bakıda meyiti tapılan körpə qızın anası tərəfindən öldürüldüyü məlum olub.

 

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Məmmədova aprelin 15-də övladı, 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanı boğaraq dənizə atıb.

 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

G. Məmmədova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.|apa|


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar