Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019 766 0.0 0

Bakıda jurnalistin həyat yoldaşı və qızı intihar edib. Hadisə iyunun 14-də saat 13:00 radələrində baş verib.

Qazeta.info bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ana və qızı özlərini 10-cu mərtəbədən atıb. İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və 1990-cı il təvəllüdlü Mahmudova Xədicə İsmayıl qızıdır. 

Məlumata görə, əvvəl R.Allahverdiyeva özünü evin pəncərəsindən atıb. Qızı bu dərdə dözməyərək, eyni yolla intihar edib. Allahverdiyeva Rübabənin şizofreniyadan əziyyət çəkdiyi bildirilir. 

Qeyd edilib ki, ölənlər yerli qəzetlərdən birinin əməkdaşı İsmayıl Balabəy oğlu Mahmudovun həyat yoldaşı və qızıdır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar