Bakıda bu marşrut xətləri müsabiqəyə çıxarılır
05.12.2019 159 1.0 0

Bakı Nəqliyyat Agentliyi tərəfindən 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Qazeta.info Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən bildirir ki, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar