Bakıda bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdi
10.01.2022 256 0.0 0

Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə müntəzəm marşrut xəttinin bir neçəsinin hərəkət istiqamətində dəyişikliklər edilib. 

Qazeta.info BNA-nın məlumatına əsasən bildirir ki, 15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemində dəyişiklik olunaraq Qara Qarayev prospekti və (“Xalqlar Dostluğu” metrostansiyası) Babək prospektindən keçməklə təşkil edilib. 

70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib. 

53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib. 

33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib. 

78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar