Bakıda bu iki marşrutun intervalında problem yarandı - SƏBƏB?
03.10.2017 703 0

Bakıda iki sərnişin marşrutunun intervalında problem yaranıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Yasamal rayonu ərazisində, Musabəyov parkından Yasamal bazarı istiqamətindəki yolda aparılan təmir işləri səbəbindən 14 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobuslardan biri ərazidə texniki problemlə üzləşib.
Təmir briqadası dərhal hadisə yerinə çatdırılıb. Bu səbəbdən, təmir işləri yekunlaşana qədər 14 və 18 nömrəli marşrut xətlərinin intervallarında problemlər yaranacaq./Trend/
Digər xəbərlər:
Şərhlər