Bakıda bloger öldürldü
22.02.2022 553 0.0 0

Tanınmış bloger Əvəz Hafizli (Şıxməmmədov) bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətlə yerilib.

Qazeta.info xəbər verir ki, Əvəz Şıxməmmədovun qətlə yetrilməsi haqda Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd edilib.

Belə ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı  Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. 
 Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 İlkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. 
 Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib. 
 Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Qazeta.info əlavə olaraq bldirir ki, sosial şəbəkələrdə Əvəz Şıxməmmədovun başı kəsilərək öldürldüyü haqda məlumat yayılıb.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar