Bakıda bir nəfər intihara cəhd edib
29.12.2021 519 0.0 0

Bu barədə Fövqaladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir. 

Qazeta.info FHN-nin məlumatına əsasən bildirir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin eyvanına bərkidilən kondisionerin mühərrik hissəsinin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar