Bakıda betonqarışdıran maşın minik avtomobilinin üstünə aşıb- FOTO
13.10.2017 1135 0.0 0

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, bir qədər əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı yolda hərəkətdə olan betonqarışdıran maşın “VAZ 2107” markalı minik avtomobilinin üzərinə aşıb.

Xəbərə əsasən, betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.

 

Qazeta.info APA-ya istinadla bildirir ki, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

 

“Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

 

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir. 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar