Bakıda bank qarşısında izdiham - FOTOLAR
14.01.2016 1003 0.0 0

Bu gün səhər saatlarında Bakıda “Azər Türk Bank” ASC -nin Nəsimi filialı qarşısında müştəri sıxlığı yaşanıb.

 

Qazeta.info Publika.az-a istinadla bildirir ki, bankın qarşısında uzun növbə yaranıb. Sıxlığa səbəbsə burada dollar satışı həyata keçirilməsi olub. Vəziyyətə mühafizə xidməti nəzarət edir.

 

Xatırladaq ki, ikinci devalvasiya dalğasından sonra dollara artan süni tələbat bəzi problemlərə yol açıb. Nəticədə, Azərbaycanda fəaliyyət göstərən bəzi banklar və valyutadəyişmə məntəqələri dolların satışını dayandırıb.

 

Hökumət vəziyyətin normallaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir, eyni zamanda vəziyyətdən istifadə edən bəzi işbazlara qarşı da tədbirlər görülür. 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar