Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub- xəsarət alanlar var
11.01.2018 1285 0.0 0

Bakının Suraxanı rayonu ərazisində azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub.

Bildirək ki, hadisə Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində 9 nəfərin iştirakı ilə baş verib.

Dava nəticəsində 4 nəfər – iki Gürcüstan əsilli Azərbaycan vətəndaşı – hər ikisi 1990-cı il təvəllüdlü olan Papişvili Şengeli Masikoyeviç və Papiaşvli İsak Davidoviç, həmçinin 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar