Bakıda Avronest PA çərçivəsində erməni nümayəndə heyətinin iştirakı ilə konfrans başlayıb
22.09.2017 622 0.0 0

Bakıda, Milli Məclisin binasında Azərbaycan parlamentinin, Avronest Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) və BMT-nin Azərbaycan Nümayəndələyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans keçirilir.

Xəbərə görə, tədbirdə Avronest-ə üzv dövlətlərin, o cümlədən Ermənistanın nümayəndə heyəti iştirak edir. 

Ermənistanı bu ölkənin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan, onun köməkçisi köməkçisi Aram Barseqyan və heyətin digər üzvü Mane Tandilyan təmsil edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar