Bakıda atışma olub
27.04.2016 790 0.0 0

Bakıda silahlı insident olub.

 

Pirallahı Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun S. Bağırov küçəsində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R. Əhmədova dəyməyib. Hadisə yerindən 4 ədəd giliz götürülüb. Z. Manafovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.|apa|


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar