Bakıda ağır yol qəzası baş verib
05.12.2015 488 0.0 0

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verilən xəbərə görə, Qaradağ rayonunun Ələt qəsəbəsində Tərtər rayon sakini İldırım Bəylərov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarında dayanmış Astara rayon sakini Əli Şükürovun idarə etdiyi “DAF” markalı yük avtomobilinə vurub. Nəticədə İ.Bəylərovun 6 sərnişini xəstəxanaya yerləşdirilib. Həmin sərnişinlərdən Gültəkin Xəlilova xəstəxanada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar