Bakıda ağır qəza törədən dünya çempionu xəstəxanada vəfat etdi
30.06.2019 586 0.0 0

Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladov dünyasını dəyişib.

Qazeta.info Oxu.az-ın məlumatına əsasən bildirir ki, idmançı bu gün saat 14.00 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, F.Poladov dünən günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında idarə etdiyi “Niva” avtomobili ilə hərəkətdə olarkən maşını səkiyə çırpıb. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və  “Hyundai” markalı avtomobillə toqquşub.

F.Poladov ayağın bud sümüyünün sınığı, döş qəfəsinin və qarının ağır travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq əməliyyat olunmuşdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar