Bakıda 4-cü kurs tələbəsi intihar edib
11.10.2016 471 0.0 0

Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar