Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürür
01.09.2016 670 0.0 0

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçiriləcək.

Məlumata görə, Bakı Kristal Zalında təşkil olunacaq yarışlar sentyabrın 14-dək davam edəcək.

Turnir çərçivəsində, həmçinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 87-ci konqresi də keçirilə bilər.

Kişilərin yarışlarında 182, qadınlarda isə 142 komanda çıxış edəcək. Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında 3 komanda ilə təmsil olunacaq.

Azərbaycan, ABŞ, Rusiya və Çin kişilər arasında yarışların favoriti hesab olunur.

Şahmat olimpiadası sentyabrın 14-ə qədər İsveçrə sistemi üzrə 11 turda keçiriləcək. Turnirin qalibi komanda xallarının sayı üzrə müəyyən olunacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar