Bakıda 34 yaşlı qadını maşın vurub, sürücü qaçıb
24.10.2019 472 0.0 0

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Hacıyeva Rəksanə Malik qızı yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

Ona kəllə-beyin travması və baldır sümüyünün sınığı diaqnozu qoyulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar