Bakıda 18 yaşlı gənc bıçaqlanıb
07.10.2019 457 0.0 0

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Birinci mədən adlı ərazidə baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Babayev Tural Asif oğlu yaşadığı ərazidə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə 1 sayli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamani T.Babayevin bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. Yaralı əməliyyat olunub.

Polis hadisənin təfərrüatlarını araşdırır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar