Bakıda 14 maşına hücum oldu (FOTO)
08.12.2015 553 0.0 0

Bakıda gecə saatlarında 14 maşına hücum edilib. 

Məlumata görə, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib.

Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar. Lakin 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb. 

Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar