Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac artıb
16.11.2021 131 0.0 0

2021-ci il ilin yanvar-oktyabr aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 14,365 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,84 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verilir.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 50,5 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,8 faiz artıb.

Yanvar-oktyabr aylarında Azərbaycanın magistral kəmərləri ilə 28,432 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,42 faiz çoxdur./Trend/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar