Bakı - Tbilisi qatarının hərəkəti bərpa olundu - YENİLƏNİB + VİDEO
09.07.2019 567 0.0 0

Bakı-Tbilisi qatarında hərəkət bərpa olunub.

Qazeta.info Oxu.az -a istinadla bildirir ki, bu barədə sərnişinlərdən biri məlumat verib.

Bildirilib ki, qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib. Qatar əvvəlkinə nisbətən yavaş sürətlə də olsa, yoluna davam edir.

Əraziyə isə xüsusi təyinatlı qatar gəlib və təmir işləri davam edir.

Xəbər verən sərnişin yaralı və xəsarət alanlarla bağlı dəqiq məlumatın olmadığını amma qəza yerində bir neçə təcili tibbi yardım maşınının olduğunu da əlavə edib.

XXXXX

 

Bakı - Tbilisi qatarı qəzaya uğrayıb.

Qazeta.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar