Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib
20.06.2016 941 0.0 0

 Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Məlumata görə, hadisə Dövlət yol Polisi postunun yaxınlığındakı piyada keçidinin yanında qeydə alınıb.
 
Belə ki, 1964-cü il təvəllüdlü Məhərrəmov Bəxtiyar Məmmədağa oğlunun idarə etdiyi 10 FL 238 dövlət nömrə nişanlı  "VAZ 2106" beton arakəsməyə çırpılıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün qəfil idarəetməni itirməsi olub. Qəza nəticəsində sürücü Bəxtiyar Məhərrəmov hadisə yerində ölüb. Yanında sərnişin qismində əyləşən və ağır yaralanan həyat yoldaşı isə, əraziyə çağırılan təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.
 
Qəzadan sonra Bakı-Sumqayıt yolunda uzun tıxac meydana gəlib. Yolun açılması üçün əraziyə əlavə polis qüvvəsi cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir./apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar