Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli sabahdan dəyişir
06.01.2017 1034 0.0 0

 

Sərnişin daşımanı optimallaşdırmaq məqsədi ilə sabahdan etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 08:00, 08:30, 08:55, 16:00, 17:30, 18:05, 18:30, 18:45, 19:10, 19:40 və 20:30-da, Sumqayıt-sərnişin stansiyasından 07:10, 07:30, 07.45, 08:00, 08:50, 09:17, 09:50, 16:55, 18:18, 18:50 və 19:30 -da yola düşəcək. 

 

Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

 

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək. /apa/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar