Bakı sakininə qarşı 100 min manatlıq dələduzluq edilib
06.10.2016 740 0.0 0

Bakı şəhər sakini 41 yaşlı Fərhad Muradova qarşı 100 min manatlıq dələduzluq edilib.

Qazeta.info “Report”un əldə etdiyi məlumata əsasən bildirir ki, bu barədə F.Muradov özü hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib.

O ərizəsində qeyd edib ki, 1987-ci il təvəllüdlü Nazim Nəsirov ondan 100 000 manat pul alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar