Bakı sakini qohumunu güllələyib
11.06.2016 797 0.0 0

 Bakı sakini qohumunu güllələyib.

 

DİN-in saytına istinadən verilən məlumata görə, iyunun 11-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.

 

C. Əliyev xəstəxanaya yerləşdirilib. E.Qənbərov könüllü olaraq Sabunçu rayon 14-cü Polis Bölməsinə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.


Faktla bağlı araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar