BAKI SAKİNİ SAXTA QIZILI GİROV QOYUB BANKDAN 500 MİN DOLLAR GÖTÜRÜB
27.01.2015 815 0.0 0
Qazeta.info bildirir ki, Lombard işçisinin qanunsuz əməlləri barədə Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

Araşdırmalar zamanı “Atrabank” ASC-nin “Bakı” filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankdan kredit və nağd şəkildə pulların çıxarılması məqsədilə Səbail rayonunda fəaliyyət göstərən lombardın işçisi Yasəmən Abdullayevanın vasitəsilə saxta qızıl məmulatlarını 2011-ci ildən başlayaraq müxtəlif vaxtlarda banka girov qoymaqla 350 min manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar