Bakı-Quba yolunda ağır yol qəzası baş verib- iki nəfər ölüb
02.10.2016 884 0.0 0

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, qəza Siyəzən rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

99 AC 039 dövlət nömrə nişanlı"Azsamand" markalı avtomaşınla 10 UT 453 dövlət nömrə nişanlı maşın “Ford” toqquşub.

 

Qəza nəticəsində "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində "Azsamand"da olanlardan biri dünyasını dəyişib. Qəzada xəsarət alanlara kömək məqsədilə "Ford" markalı maşından düşən qadın sərnişini isə yoldan keçən maşınlardan biri vurub. Orta yaşlı qadın  hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb.

 

Qəza zamanı xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar