Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib
09.08.2015 648 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən bildirir ki,  “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Taxtakörpü qəsəbəsi, Bakı-Quba yolunun 118-ci kilometrliyində 1992-ci il təvəllüdlü İlkin Elçin oğlu Muradova məxsus “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı dəmir səttlərə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobilin sürücüsü İ.E. Muradov vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:54-də başa çatmışdır;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar