Bakı-Quba yolunda ağır qəza, ölən var
31.08.2017 1049 0.0 0

Bakı-Quba magistral avtomobil yolunda qəza baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84–cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:30-da başa çatıb./Trend/


Digər xəbərlər:
Şərhlər
avatar