Bakı polisində rəis müavinlərindən biri təqaüdə göndərilib
30.01.2017 1103 0.0 0

Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Heydər Heydərli təqaüdə göndərilib.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, Heydər Heydərli bundan əvvəl Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar