Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib
31.03.2018 1155 0.0 0

Martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.  

Qazeta.info Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına əsasən bildirir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar