Bakı metrosunda relslərinin üzərinə yıxılan sərnişinin kimliyini müəyyənləşdirmək olmayıb - FOTO
20.04.2017 897 0.0 0

Bakı metrosunun “Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.

Bu barədə “Report”a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: “Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.

*** saat 00:07

Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, hazırda hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Zərərçəkmişin şəxsiyyəti hələ ki, məlum deyil. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar