Bakı metrosunda qorxulu anlar - Video
12.12.2019 105 0.0 0

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.

"Qafqazinfo"nun məlumatına görə, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb.

Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platforamya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Bundan sonra polis vətəndaşı qatar yolundan çıxarıb".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar