Bakı metrosunda oğurluq edən şəxs saxlanıldı
15.03.2018 875 0.0 0

Metronun “28 May” stansiyasında Lerik rayon sakini F.Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən V.Nəcəfov saxlanılıb.

DİN-dən verilən məlumata görə, V.Nəcəfov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

O, ötən il dekabrın 2-də metronun “28 May” stansiyasının platformasında Lerik rayon sakini Fatimə Məmmədzadənin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinir.

Qeyd edək ki, Şirvan şəhər sakini Valeh Nəcəfov əvvəllər məhkum olunub./Trend/


Digər xəbərlər:
Şərhlər
avatar