Bakı metrosunda intiharların qarşısı belə alınacaq (FOTO,VİDEO)
28.09.2015 692 0.0 0

Bu gün Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyasında bədbəxt hadisə baş verib. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı açıqlamasında bidirdi ki, halı pisləşən sərnişin 1987-ci il təvəllüdlü Oqtay Paşayev qatar olmayan relslərin üstünə yıxılıb. 

“Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazm problemi olduğunu bildirib. Metro stansiyasında özünü pis hiss edib və müvazinətini itirərək yıxılıb". 

Bu Bakı metrosunda baş verən ilk bədbəxt hadisə deyil. Bu ayın əvvəlində isə Bakı Metropoliteninin "28 May" metrostansiyasında intihar hadisəsi baş vermişdi.

1985-ci il təvəllüdlü Rusiya vətəndaşı Mirzəyev Rüstəm Fəxrəddinoviç özünü hərəkətdə olan qatarın altına atıb. 

Son 1 ayda Bakı metrosunda baş verən bu hadisələr metro xətlərinin kənarında təhlükəsizlik məsələsini gündəmə gətirir.

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov metroda bu cür hadisələrin qarşısını almaq üçün metro xətlərinin kənarında maneə divarlarının quraşdırılmasının məqsədəuyğun olduğunu deyir. 

“Amma bu maneə divarlarının quraşdırılması çətin məsələdir. Layihəni həyata keçirmək üçün külli miqdarda maliyyə vəsaiti lazımdır. Plotformanın kənarında iki qat qapılı maneə divarı tikilməlidir ki, qatar dayananda hər iki qapı açılsın və sərnişinlər təhlükəsiz şəkildə vaqona minib düşə bilsinlər. ”

 


Ərşad Hüseynov-Nəqliyyat üzrə ekspert


Onun sözlərinə görə, bahalı layihə olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində təhlükəsizlik məqsədi ilə bu sistem tətbiq edilir. 

“ Dubay metrosunda tətbiq edilən sistem vasitəsi ilə şəhərə gələn turistlər və şəhər sakinlərinin təhlükəsizlini qorumaq olur. Digər bir tərəfdən bu maneə divarları vasitəsi ilə qatarın relslərindən yaranan istiliyin sərnişinləri narahat etməməsi üçün istifadə edilir. ” 

 

 


Qoruyucu sədlərlə əhatələnən Dubay metrosu


Həmçinin Vaşinqton , London , Paris və.s ölkələrin metro stansiyalarında platformaların qadağan edilmiş hissələrində qoruyucu şüşə sədlər yerləşdirilib. Bu da insanların təhlükəsizliyinin və hər hansı bir bədbəxt hadisəsinin qarşısını almaqda biləvasitə böyük əhəmiyyət kəsb edir. 

 


Qoruyucu sədlərlə əhatələnən Paris metrosu

 

 


Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bildirdi ki, hal-hazırda Sovet dönəmində tikilən metrostansiyalarda bu yeniliyi tədbiq etmək mümkün deyil.

“Son tikilən metrostansiyaların tikinti planı hazırlanan zaman xaricdə tətbiq olunan yeni qoruyucu sədlər mövcud deyildi . Xarici ölkələrdə bu təhlükəsizlik divarlarından son bir neçə ildir ki, istifadə edilir. Gələcəkdə tikiləcək yeni stansiyaların layihələndirilməsi zamanı bu kimi məsələlər nəzərə alına bilər". 

 


Qoruyucu sədsiz Bakı metrosu

 


Qatarların hərəkət istiqaməti/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar