Bakı metrosunda intihar hadisəsi baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində "Ulduz" metro stansiyasında qeydə alınıb.
Qazeta.info APA-ya istinadla bildirir ki, 20-25 yaşlarında kişi özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.
Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub.
Bildirək ki, intihar edənin kimliyi müəyyənləşdirilib.
"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev APA-ya bildirib ki, bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.
Faktla bağlı araşdırma aparılır.




