Bakı metrosunda havalandırma qurğuları yenilənir
17.01.2022 265 0.0 0

2021-ci il metropolitendə son illərdə başlanmış havalandırma sistemlərinin təkmilləşdirilməsi baxımından növbəti mərhələnin də başlanğıcı hesab oluna bilər. 2018-ci ildə bütün havalandırma sistemi Sovet dövrünün ənənəvi olaraq ildə iki dəfə dəyişdirilməsi prinsipindən çıxarılmışdısa, sonrakı dövrdə ventilyatorların da dövrün tələbinə uyğun yenilənməsinə başlanılıb.

Qazeta.info Bakı metropoliteninin məlumatına əsasən bildirir ki, 2020-2021-ci illər bu mənada əhəmiyyətli yenilik tətbiq edilərək, pandemiya dövrünün məhdudiyyətlərinə rəğmən 10 yeni ventilyator yenisi ilə əvəz olunub. Bu xüsusda onların havalandırma gücü nəinki indiki, eyni zamanda, gələcək dövrün də tələbləri nəzərə alınmaqla tətbiq edilib. Bu qurğular əvvəlkilərdən 2-3 dəfə güclü olmaqla, həm də müasir idarəetmə sistemlərinə tabe etdirilib. Yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi isə xüsusi qeyd olunmalıdır. Əvvəlki ventilyatorlar bir rejimdən digərinə 25-30 saniyə ərzində çevrilirdisə, indi 3-4 dəfə tez qoşulur. “Həzi Aslanov” stansiyasında 2, “Ulduz” stansiyasında 2,  “Ulduz-Koroğlu” mənzilində 1, “Nizami” stansiyasında 2, “Elmlər Akademiyası” stansiyasında 2, “20 Yanvar” stansiyasında 1 ventilyator aqreqatı quraşdırılıb.
2021-ci il isə Bakı metropolitenində daha bir istiqamətdə havalandırma sisteminə köklü baxış və texnoloji yeniliklərin gətirilməsi ilə xüsusi yadda qalacaq. Əvvəlcə qeyd edək ki, hazırda Bənövşəyi xətdə 84 dampfer həm məcburi, həm də təbii hava axınının istiqamətini optimallaşdırır. Bu sahədə dünyanın aparıcı istehsalçılarından olan Avstriyanın “Sirocco” şirkətindən dəvət olunan mütəxəssislərin iştirakı ilə mövcud Qırmızı və Yaşıl xətlərin stansiya və tunellərində ümumilikdə 19 havalandırma dampferinin jalüzləri normalara uyğun nizamlanıb.
Göründüyü kimi, əsas infrastruktur yenilikləri ilə sərnişin rahatlığı və təhlükəsizliyi baxımından yeni texnoloji standartların tətbiqi 2021-ci ili əhəmiyyətli dövr kimi səciyyələndirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar