Bakı-2017: Mariya Stadnik qələbə ilə başladı
21.05.2017 747 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilər mübarizəyə başlayıb.

Məlumata görə, 48 kq çəki dərəcəsində yarışan təmsilçimiz Mariya Stadnik 1-ci dövrədə əlcəzairli Xeyra Çaima Yahyaui ilə qarşılaşıb.

M.Stadnik rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb - 10:0.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar