Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir (CANLI YAYIM)
22.05.2017 882 1.0 0

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir.

Məlumata görə, bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub./Trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar