Bakı-2017: Hacı Əliyev FİNALDA
20.05.2017 744 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərimiz qələbələrini sıralayır.

Trend-in məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Hacı Əliyev yarımfinalda iranlı Məsud İsmayılpurla qarşılaşıb.

Gərgin keçən döyüşdə H.Əliyev rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib - 8:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar