«Bakı 2015»in möhtəşəm açılışı belə olacaq -Video
09.06.2015 760 0.0 0
 

Artıq  Birinci Avropa Oyunlarının Açılış mərasiminə sayılı günlər qaldı. Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır. Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq. Sehrin bir anına burada şahid ola bilərsiniz.Qazeta.info bildirir ki , bu haqda məlumat "Bakı 2015"-in rəsmi saytında bildirilib.

 

 

Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək. 

 

Bakı 2015 Açılış Mərasimi unudulmaz tədbir üçün bütün imkanlara sahibdir və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edəcək. 

Əslən Mançesterdən olan xanım Uqvu 2002-ci ildə doğma yurdunda keçirilən mərasimdə ilk dəfə prodüserlik etməklə mərasimlərin görkəmli prodüserinə çevrilib.

Mançester şəhər stadionunda keçirilmiş XVII Birləşmiş Krallıq Oyunları üçün Bağlanış Mərasiminə prodüserlik etdikdən sonra 2006-cı ildə Qətərin Doha şəhərində baş tutmuş 15-ci Asiya Oyunlarının Açılış Mərasiminə də prodüserlik edib. Katerina 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının Açılış, Bağlanış və Qələbə Mərasimlərinin Strateji Mərhələsi üçün əsas prodüser vəzifəsini icra edib.  

Bakı 2015-ə qədər onun ən böyük layihəsi 2012-ci ildə Londonda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarının icraçı prodüseri olmasıdır. O, London 2012 Olimpiya və Paralimpiya Oyunlarına verdiyi əhəmiyyətli töhfələrə görə 2013-cü ildə "Britaniya İmperiyasının Order Üzvü" adına layiq görülüb.

2000-ci ildə "Londonun Minillik Günbəzi" tamaşasına prodüserlik edən Katerina bildirib:

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar