Bakı 2015-in Bağlanış Mərasimi izləyənləri heyrətləndirəcək-Video
26.06.2015 839 0.0 0
İlk dəfə keçirilən Avropa Oyunlarının bağlanışını bayram etməyə getdikcə yaxınlaşırıq

Bazar günü gündüz saatlarında Azərbaycanın paytaxtında 17 gün davam edən intensiv yarışların sonunda Bakı 2015-in son qızıl medalları öz sahiblərini tapacaq.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Bakı 2015-in diqqət mərkəzi Bağlanış Mərasimi üçün yenidən Olimpiya Stadionuna qayıdacaq. Avropalı idmançılar Xəzər dənizinin yaxınlığında  baş tutacaq Açılış Mərasimi ilə eyni dərəcədə unudulmaz tədbirin şahidi olacaqlar.

Avropa Oyunları başa çatacaq, lakin onun ruhu daim yaşayacaq. Olimpiya Stadionu Bakı 2015-in Alovunun bu tədbirin iştirakçısı olanların ürəyində sönməməsini təmin edəcək ikinci möhtəşəm mərasimi qəbul etməyə hazırlaşır.

Stadionun tikilməsinə 20,5 milyon saatdan çox əmək sərf olunub. Bazar günü stadion axşam saatlarında başa çatmaqda olan Oyunların emosiyalarına və səmanı bəzəyən 10 min pirotexniki qurğunun səslərinə bir daha qərq olacaq. 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar