Bakı-2015: Azərbaycan növbəti qızıl medal qazanıb -VİDEO
16.06.2015 712 0.0 0
Azərbaycanın qadınlardan ibarət güləş yığmasının üzvü Anjela Doroqan qızıl medal qazanıb.

 

Məlumata görə, o, finalda polşalı Roksana Zasinanı məğlub edib.

 

Qeyd edək ki, A. Doroqan (53 kq) yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0.

 

Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu xalçaya dəvət edib. Güləşçimiz bu dəfə də özünü yaxşı tərəfdən göstərib (7:2)./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar