Bahar Muradova: Bəzi məcburi köçkünlərin vəziyyəti həqiqətən çox acınacaqlıdır
22.11.2017 787 0.0 0

“Qəzalı evlərdə yaşayan məcburi köçkünlər ilk növbədə köçürülməlidir. Bu, çox vacibdir və tezliklə həll etmək lazımdır”.

 

Məlumata görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən parlament sədrinin müavini Bahar Muradova deyib.

 

 

O qeyd edib ki, ayrı-ayrı evlərdə və özəlləşmiş müəssisələrin həyətində, qeyri-yaşayış sahələrində məskunlaşan köçkünlər var və onların vəziyyəti çox ağırdır: “Nəzərə alsaq ki, onlar yataqxanalarda deyillər və ilk növbədə, köçürülməsi vacib olan insanların siyahısına aid deyillər, onların vəziyyəti həqiqətyən də acınacaqlıdır. Bu istiqamətdə də diferrensial yanaşmaya ehtiyac var”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar