«Baddi ayısı» mükafatlandırma mərasimi olub
10.02.2016 461 0.0 0

Azərbaycandakı Almaniya səfirliyinin təşkilatçılığı ilə 9 fevral tarixində Kapellhausda “Baddi ayısı” mükafatlandırma mərasimi keçirilib. Bir müddət bundan  əvvəl “Qız Qalası” İncəsənət Qalereyasının iştirakı ilə keçirilən müsabiqənin qaliblərini səfir xanım Haydrun Tempel şəxsən təbrik etdi, onları  hədiyyələrlə mükafatlandırdı. 

Müsabiqədə birinci yeri tutan Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Güllərə İSR Plazanın qarşısında yerləşəcək Baddi ayısının 2 metrlik heykəlini işləmək həvalə olundu. Kapellhausda keçirilən sərgidə Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının tələbələrinin əsərləri 

nümayiş olundu. Tədbirə səfirlik tərəfindən xüsusi dəvət olunmuş “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Mədəniyyət şöbəsinin rəhbəri Səyad Quliyeva, onun müavini Jalə Zülfüqarova və əməkdaşı Lalə Abuzərova istedadlı Azərbaycan gənclərini təbrik edərək gələcək işlərində uğurlar arzuladılar.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar